Lalə Şövkət Prezident seçkisində kimi dəstəkləyəcək?  

saytların hazırlanması

Evə çatdırılma

Lalə Şövkət Prezident seçkisində kimi dəstəkləyəcək?  

Siyasət

22 Dekabr 2023 18:01 1265


Özünü buraxmış Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət Hacıyeva uzun müddətdir ki, siyasi proseslərdən kənardadır. 

Onun 2024-cü il fevralın 7-də keçirləcək növbədənkənar Prezident seçkilərində iştirak edib-etməyəcəyi və ya hansı namizədi dəstəkləyəcəyi maraqlıdır.

Modern.az-ın əməkdaşı bununla əlaqədar fəaliyyətini dayandırmış Liberal Partiyasının sonuncu sədri Əvəz Temirxanla əlaqə saxlayıb. Sezar pizza

Saytımıza açıqlamasında Ə.Temirxan Lalə Şövkətin seçkilərdə iştirak etməyəcəyini söyləyib:

“Lalə Şövkət namizəd kimi seçkilərdə iştirak etməyəcək. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar seçkilərdə kimi dəstəkləyəcəyi ilə bağlı da hələ bir fikir bildirməyib”.

Xatırladaq ki, Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılıb. Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib.

Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!