Lavrentyev: “İsrailin zərbələri qəbuledilməzdir“

saytların hazırlanması

Evə çatdırılma

Lavrentyev: “İsrailin zərbələri qəbuledilməzdir“

Dünya

15 İyun 2022 13:34 954


"İsrailin Suriya ərazisinə zərbələri qəbuledilməzdir".

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir, bu barədə Rusiya Federasiyası prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

“Əlbəttə, biz İsrailin Suriya ərazisini daha çox atəşə tutması məsələsini nəzərdən keçirəcəyik. Hesab edirik ki, bunu da vurğulamaq lazımdır. Bu, qəbuledilməzdir”, - deyə Lavrentyev vurğulayıb. Pepperoni pizza

O xatırladıb ki, bundan əvvəl İsrailin Dəməşq hava limanına endirdiyi zərbələr nəticəsində uçuş-enmə zolağı zədələnib ki, bu da beynəlxalq uçuşların qəbuluna, tranzit və Suriyaya gəlişi təmin etməyə imkan vermir.

Lavrentiev, həmçinin bildirib ki, danışıqlarda iştirak edənlər ABŞ-ın Suriyada mövcudluğu məsələsini də nəzərdən keçirəcəklər. "Çünki o, Suriyanın milli sərvətini talamaqla məşğuldur və bunun bloklanması lazımdır".

Xatırladaq ki, iyunun 15-16-da Qazaxıstanda Suriya hökuməti və müxalifəti nümayəndələrinin, habelə Suriyanın nizamlanmasına dair Astana prosesinin qarant ölkələrinin (Rusiya, Türkiyə, İran) yüksək səviyyəli danışıqları keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!