Lavrov: “Bizə siqnal göndərir, halbuki Moskvaya birbaşa çıxışı var”

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: “Bizə siqnal göndərir, halbuki Moskvaya birbaşa çıxışı var”

Dünya

15 Dekabr 2023 15:13 744


Qərb ölkələrinin yüksək səviyyəli nümayəndələri Ukrayna ilə bağlı Moskva ilə əlaqə yaratmağa çalışırlar.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O deyib: "Onlar, fikrimcə, Ukraynasız Ukrayna ilə bağlı heç nə müzakirə etməyəcəklərini bəyan edəndə, təbii ki, ikiüzlülük edirdilər". Sezar pizza

Nazirin vurğulayıb: “Mənim ad çəkməyə haqqım yoxdur, lakin Qərb ölkələrinin bir sıra yüksək səviyyəli, çox tanınmış liderləri, o cümlədən çox məşhur Qərb ölkəsinin bir konkret lideri müxtəlif kanallar vasitəsilə dəfələrlə siqnallar göndərib. Ən azı 3 fərqli kanal vasitəsilə: “Niyə Ukrayna və Avropa təhlükəsizliyi ilə bağlı nə edəcəyimizi müzakirə edib danışmırıq”.

Üç dəfə! Baxmayaraq ki, bu rəsmi şəxsin Moskvadakı vəzifədaşına birbaşa çıxışı var. Bu, son 6 ayda gördüyümüz fəndlərdir".

Lavrov əlavə edib: “Əgər kimsə başqalarının təhlükəsizliyi hesabına öz təhlükəsizliyini qurmaq cəhdlərinə, Rusiya Federasiyasının qanuni maraqlarına, rusların qanuni mənafelərinə xələl gətirmək cəhdlərinə son qoymaqda maraqlıdırsa, qitəmizin bir çox ölkəsində yaşayanlar, buyurun, biz həmişə bu mövzuları ciddi şəkildə müzakirə etməyə hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!