“Lavrov BMT komissarı ilə Qarabağ qaçqınları haqda danışacaq

saytların hazırlanması

Evə çatdırılma

“Lavrov BMT komissarı ilə Qarabağ qaçqınları haqda danışacaq

Siyasət

23 İyun 2021 20:18 1134


Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi ilə qaçqınların Dağlıq Qarabağa qaytarılması məsələsini müzakirə edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Filippo Qrandi iyunun 28-də Moskvaya səfər edəcək. Sezar pizza

“Pandemiya şəraitində qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq müdafiəsinə dair geniş məsələlərin müzakirəsi və BMT QAK-ın ölkəmizlə qarşılıqlı fəaliyyətinin müxtəlif aspektlərini müzakirə etmək planlaşdırılır. BMT-nin ali komissarı ilə görüşdə qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağa və bitişik bölgələrə qayıtmasını təmin etmək, beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək Suriya vətəndaşlarının geri göndərilməsini asanlaşdırma prosesində mümkün iştirakı mövzularına diqqət yetiriləcək. Donbasdan olan qaçqınlara və məcburi köçkünlərə kömək, Baltikyanı ölkələrdə kütləvi vətəndaşlıqsızlığı aradan qaldırmaq da müzakirə olunacaq", - deyə Zaxarova qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!