Lavrov BMT-nin qaçqınlar üzrə ali komissarı ilə Qarabağı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Lavrov BMT-nin qaçqınlar üzrə ali komissarı ilə Qarabağı müzakirə etdi

Siyasət

29 İyun 2021 00:14 1119


İyunun 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ölkədə işgüzar səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata əsasən, söhbət zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin münaqişə zonasında hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, qaçqınların Qarabağ və ətraf rayonlara qayıdışı məsələsi də müzakirə olunub.    Pepperoni pizza

Bununla yanaşı, tərəflər arasında suriyalı qaçqınların öz vətəninə qayıtması ilə bağlı mövcud problemlər, həmçinin Ukraynadakı münaqişə zonalarından qaçqın düşmüş şəxslərin gələcək taleyi barəsində də fikir mübadiləsi aparılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!