Lavrov: “Çətin vəziyyətdən bir çıxış yolu var: Üçtərəfli bəyanat”

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: “Çətin vəziyyətdən bir çıxış yolu var: Üçtərəfli bəyanat”

Dünya

28 Dekabr 2023 09:53 693


Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ermənistan indi bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq bu ölkəyə və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır", - deyə rusiyalı nazir qeyd edib.  pizza mizza

Eyni zamanda, Rusiya XİN rəhbəri vurğulayıb: “Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskva arasındakı üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək”.

S. Lavrov qeyd edib ki, Rusiya ilə Ermənistan münasibətlərindəki çətinliklər müvəqqətidir və iradə olarsa, həll olunacaq. 

“Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış müttəfiqliyini hətta Qərbin konkret yardımı ilə deyil, yalnız qeyri-müəyyən vədlərlə mübadilə edir.

Strateji dönüş kursuna haqq qazandırmaq üçün Ermənistanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığı barədə açıq şəkildə danışmışıq. İndi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur”, - deyə Lavrov əlavə edib.

Rusiya XİN rəhbəri qeyd edib ki, Ermənistan Cənubi Qafqazda Rusiya üçün strateji tərəfdaş olub və bu belə də qalır:

“Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşdirilməsinə dair saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə dair ümumi məqsədinə əsaslanaraq bağlanıb”, - deyə nazir bildirib.

Lavrov qeyd edib: "Bu gün Rusiya ordusu “bu regionda sülhün təmin edilməsində əsas elementdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!