"Moskva və Ankara dünyada ərzaq təhlükəsizliyi sahəsində yaranan problemlərin həllində maraqlıdır".
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq gündəlikdəki aktual məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
“Prezidentlərimiz Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan öz yanaşmalarını aydın şəkildə ifadə edərək, bir-birinin mövqeyinə hörmətlə yanaşır və mövqelərin fərqli olduğu mövzularda onları fikir ayrılıqlarının predmetinə çevirmək əvəzinə, narahatlıqları nəzərə almağa çalışırlar. Ümumiyyətlə, son 2 ildə Qərbin ərzaq təhlükəsizliyi sahəsində yaratdığı və təbii ki, Qərbin düşünülmüş sanksiyaları nəticəsində daha da dərinləşən problemlərlə bağlı bu yaxınlarda telefon danışığı olub”, - deyə Lavrov qeyd edib. pizza sifarişi
“Bəli, biz Türkiyə ilə bu problemlərin həllində maraqlıyıq”, - deyə nazir əlavə edib.
S.Lavrov vurğulayıb ki, Putin bu yaxınlarda ərzaq tədarükünün qarşısının alınmasının mümkünlüyünü qeyd edib:
“Prezident son müsahibəsində həm ukraynalılar tərəfindən minalanmış Qara dəniz limanlarından, həm də artıq Rusiya Federasiyasının nəzarətində olan Azov dənizi limanlarından ərzaq tədarükünün necə kəsilə biləcəyini ətraflı izah etdi. Onlar təmizlənib və Kerç boğazından keçməklə Bosfor və Çanaqqala boğazlarına etibarlı marşrutlar var”.
Telegram kanalımız