Lavrov: “Ukrayna taxılının ixracını Türkiyə ilə birlikdə həll edəcəyik“

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: “Ukrayna taxılının ixracını Türkiyə ilə birlikdə həll edəcəyik“

Dünya

08 İyun 2022 13:43 810


"Türkiyə Ukrayna sahillərini minalardan təmizləməyə, ya da taxıl ixracı üçün gəmilərin keçidini təmin etməyə hazırdır".

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Son vaxtlara qədər Ukrayna hakimiyyəti, o cümlədən prezident Zelenski bu prosesi başlamaq üçün bu ərazi sularında minaları təmizləməyə hazır olduqlarını açıq şəkildə inkar edirdi”, - deyə Lavrov Ankarada türkiyəli vəzifədaşı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. Toyuqlu pizza

Onun sözlərinə görə, Rusiya hərbçiləri türk həmkarları ilə əlaqə saxlayır, taxıl ixracı təşəbbüslərinin detalları müzakirə olunur:

"Tərəfimizdən bu problemə heç vaxt maneə olmayıb, əslində, Kiyev hakimiyyəti yetkinləşibsə, biz əməkdaşlıqdan ancaq məmnun qalacağıq. Rusiya tərəfdən Ukrayna taxılının ixracına gəldikdə isə, ümumiyyətlə, heç nə etməyə ehtiyac yoxdur, çünki Moskva görəcəyi işin bir hissəsini hər gün elan edir”.

Nazir əlavə edib: 

"Biz Ukrayna limanlarını tərk edən və boğazlara gedən gəmilərin aparılmasına və təhlükəsizliyini təmin etməyə hazırıq, bunu türk həmkarlarımızla əməkdaşlıqda etməyə hazırıq. Əsas problem Ukraynanın bundan imtina etməsi olub. Yenə deyirəm, əgər indi münasibətini dəyişiblərsə, bizim tərəfimizdən heç bir çətinlik yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!