İyunun 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlər ikitərəfli münasibətlərin aktual mövzularını, regional və beynəlxalq gündəmləri müzakirə ediblər. pizza
“Sergey Lavrov və Ceyhun Bayramov yeni koronavirus pandemiyasının mənfi təsirinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və ticarət-iqtisadi qarşılıqlı əlaqələrin artdığını məmnunluqla bildiriblər. Buna Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasının qərarlarının, habelə Azərbaycan Baş naziri Əli Əsədovun Rusiya Federasiyasına son rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların tətbiqi böyük dərəcədə kömək edir.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli, xüsusən də, Dağlıq Qarabağdakı humanitar problemlərin həllinə dair razılaşmalarının həyata keçirilməsi kontekstində bir sıra mövzulara toxunulub. Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb.
Xarici işlər nazirlikləri vasitəsi ilə gələcək təmaslar barədə razılığa gəlinib”, – deyə Rusiya XİN-in məlumatında qeyd olunub.
Telegram kanalımız