Lavrovla bərabər Ankaraya rus hərbçilər də gedir

saytların hazırlanması

Evə çatdırılma

Lavrovla bərabər Ankaraya rus hərbçilər də gedir

Dünya

02 İyun 2022 15:54 928


Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı nümayəndə heyətinin tərkibində Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də olacaq.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı hərbi mövzular da gündəmdə olacaq. pizza

“Nümayəndə heyətinə xarici işlər nazirləri rəhbərlik edəcək. Danışıqlar çox vacibdir. Lavrovun qovluğunda hərbi komponent də olacaq, Müdafiə Nazirliyindən olan həmkarlarımız və türklərlə danışacaq. Düşünürəm ki, bütün məsələlər konkretləşdiriləcək", - deyə Boqdanov vurğulayıb.

O, həmçinin Türkiyədə təmaslara başlamazdan əvvəl Ankaranın Suriyadakı hərbi əməliyyatı mövzusunda spekulyasiya etməməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!