Lənkəranda ər həyat yoldaşına və özünə balta ilə xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda ər həyat yoldaşına və özünə balta ilə xəsarət yetirdi

Kriminal

05 Mart 2024 19:56 1180


Lənkəranda ər arvadına və özünə balta ilə xəsarət yetirib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Mamusta kəndində baş verib.

Kənd sakini, 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov, həyat yoldaşı 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə xəsarət yetirib. Sonra o, özünə də xəsarət yetirib. Pepperoni pizza

Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün tipik yerin dəyişən qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!