Lirə məzənnə itirdi, dollar bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Lirə məzənnə itirdi, dollar bahalaşdı

Dünya

05 Mart 2024 10:52 705


Martın 5-də Türkiyə lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməkdə davam edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Türkiyədə dollar 31,72 TL, avro isə 34,40 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 4% bahalaşıb. Avroda isə müvafiq olaraq 4,8% bahalaşma müşahidə edilib.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 31,40TL, satış üzrə 34,46 TL müəyyən edib. pizza hut

Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşmaqda davam edir. Belə ki, Azərbaycan Mərkəzi Bankının martın 5-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0538 manat təşkil edir. Başqa sözlə, hazırda 1000 Türkiyə lirəsi 53,8 AZN-ə ticarət edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!