Litva Ukraynaya "M113" zirehli transportyorlarını təhvil verib.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da rəsmi Vilnüsdən Ukraynaya 15,5 milyon avro məbləğində yardımın köçürülməsi başa çatıb. Sezar pizza
Həmçinin, minatəmizləmə işlərinə 10 hərbi yük maşını və 10 yolsuzluq avtomobili təhvil veriləcək.
Press-relizdə qeyd olunur ki, Litva silahlı qüvvələri də ukraynalılara Qərb silahlarından istifadə etməyi öyrədir, təkmil təlim üçün imkanlar yaradır. Belə ki, aprel ayında tank əleyhinə sistemlərin təlimatçılarının hazırlandığı təlimlər keçirilib, iyunda isə Ukrayna hərbçiləri Litva Silahlı Qüvvələri Məktəbində ixtisaslaşdırılmış kursları bitiriblər.
Litva artıq hərbi yardım çərçivəsində Ukraynaya "Stinger" sistemləri, tank əleyhinə silahlar, zirehlər və dəbilqələr, 120 mm-lik minaatanlar, atıcı silahlar, döyüş sursatı, termal kameralar, pilotsuz uçuş aparatları, anti-dron, müşahidə radarları bağışlayıb.
Ukrayna, həmçinin kəşfiyyat pilotsuz təyyarələri "EOS C VTOL" və "Bayraktar TB2" PUA-larını köçürməyi planlaşdırır.
Telegram kanalımız