"Rusiyanın əsas ərazisi ilə Kalininqrad vilayəti arasında Litvadan keçməklə qara metal məhsullarının tranzitinə qoyulan qadağa Litvanın qərarı deyil, Aİ-nin Moskvaya qarşı sanksiyalarının nəticəsidir".
Yenisabah.az xəbər verir ki, Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsbergis bildirib.
O deyib: “Bunlar Litvanın hərəkətləri deyil, iyunun 17-dən tətbiq olunan Avropa sanksiyalarıdır. Sanksiyalara məruz qalan mallar Litva vasitəsilə idxal edilməyəcək. Bu, Avropa Komissiyası ilə məsləhətləşmələr əsasında həyata keçirilir". pizza
Eyni zamanda, Litva Gömrük Departamenti bildirib ki, bu qadağa martın ortalarından Aİ-nin dördüncü sanksiyalar paketinin bir hissəsi kimi tanınır.
Xatırladaq ki, rəsmi Moskva Vilnüsdən Kalininqrad vilayətinə tranzitlə bağlı məhdudiyyətləri aradan qaldırmağı tələb edib.
Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bir müddət əvvəl bildirib ki, Litva hakimiyyəti Rusiya mallarının öz ərazisindən Kalininqrad vilayətinə dəmir yolu tranzitinə məhdudiyyətlər qoymaqla beynəlxalq hüququ pozur.
Telegram kanalımız