Bu gün Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Cənubi Qafqaz regionuna səfəri başlayır.
Yenisabah.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycana gələcək nazir ikitərəfli münasibətləri müzakirə edəcək, həmçinin yüksək səviyyəli hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. pizza hut
Həmçinin, ölkəmizdə səfərdə olarkən Q.Landsberqis Litva tatarları ilə bağlı sərginin açılış mərasimində iştirak edəcək.
Bununla yanaşı, nazir Polşa Konstitusiyasının 230-cu il dönümünə həsr olunmuş tədbirə qatılacaq./Oxu.az
Telegram kanalımız