“London taksi”ləri ucuz qiymətə satışa çıxarılır? - Mühüm AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

“London taksi”ləri ucuz qiymətə satışa çıxarılır? - Mühüm AÇIQLAMA 

Sosial

31 İyul 2024 17:00 2639


2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana gətirilən “London taksiləri”nin Lökbatan qəsəbəsindəki qarajda baxımsız halda saxlanılması uzun müddətdir müzakirə edilir. 2016-2017-ci illərdən etibarən taksi parkında yığılan minik avtomobillərinin əksəriyyəti tamamilə yararsız hala düşüb və yüzlərlə “London TX4” modelli avtomobil məhvetməyə göndəriləcəyi günü gözləyir. 

Bəs görəsən, bu maşınlardan yenidən qismən taksi fəaliyyətində və fərdi nəqliyyat vasitəsi kimi istifadə etmək mümkündürmü? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, artıq bu maşınların istismar müddəti bitdiyindən, təmir və ehtiyat hissələrinin əldə edilməsi demək olar ki, mümkün deyil: Marqarita pizza

“Bənövşəyi rəngli “London taksiləri”nin Azərbaycana gətirilməsindən 13 il keçir və artıq bu avtomobillərin istismar müddəti başa çatıb. Bildiyiniz kimi, hər bir avtomobili də istehsalçıdan və ya distribyutordan aldıqda, onların zəmanət müddəti olur. Bu avtomobillərin isə zəmanət müddəti artıq bitib. Zəmanət müddəti bitibsə, təbii ki, bunların servis xidməti, ehtiyat hissələrinin təmir olunması da bitib. Ümumiyyətlə, bu maşınların bu gün Bakıda istifadə olunması aktual deyil”. 

Ekspert hazırda taksi daşımalarında yeni və daha müasir “London taksiləri”ndən istifadə olunduğunu qeyd edib: 

“Hazırda Bakı şəhərində taksi fəaliyyətində istismar olunması üçün “London taksiləri”nin başqa bir növü gətirilib. Onlar qırmızı rəngdə olan və elektrik mühərrikli avtomobillərdir. Bunlar çox uğurla istifadə olunur. Köhnə bənövşəyi rəngli olanları bu gün bərpa etsələr belə, yeni tələblərə cavab vermədiyi üçün taksi fəaliyyətində istismar oluna bilməz”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!