Britaniya yaxın həftələrdə Ukrayna ilə onillik təhlükəsizlik paktı imzalayacaq və bu müqaviləyə əsasən, London Rusiya ilə döyüşmək üçün Kiyevlə dəniz təcrübəsini bölüşəcək.
Yenisabah.az Telegraph.com-a istinadla xəbər verir ki, bu barədə Britaniya rəsmiləri danışıb.
Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, pakt çərçivəsində Kiyevə həm quru silahları, həm də hava qüvvələri göndərilə bilər. pizza mizza
Müqavilə Böyük Britaniyanın Norveçlə yeni dəniz koalisiyasına rəhbərlik edəcəyi barədə son elana əsaslanır və bu koalisiyada Kiyev Kral Hərbi Dəniz Qüvvələrinə 2 minaaxtaran gəmi alacaq.
Pakt münaqişə bitdikdən sonra da Kiyevə zəmanət verilməsini nəzərdə tutur.
Keçən həftə keçirilən Aİ sammitində Aİ-yə üzv ölkələr də Kiyevə 20 milyard avroluq müqavilə çərçivəsində növbəti dörd il ərzində əlavə silah tədarükü vəd ediblər.
Telegram kanalımız