Lotereyada 100 milyon udan azərbaycanlı kimdir? – FOTO

saytların hazırlanması

Evə çatdırılma

Lotereyada 100 milyon udan azərbaycanlı kimdir? – FOTO

Sosial

11 Oktyabr 2023 09:06 11490


Rusiyada yaşayan həmyerlimiz Azər Musayev loterayada 100 milyon rubl (1 milyon ABŞ dolları) udub.

“Yeni Sabah” APA-ya istinadən bildirir ki, həmyerlimiz əvvəlcə iki bilet alıb:

"Həmin biletlər uduşsuz olub. Üçüncüsünü aldım və düşündüm: Qoy sonuncu dəfə cəhd edim. Dəmir pulla lotareyanı silməyə başladım. Üst sətirdə 5 milyon gördüm. Sevindim, daha yoxlamadım və düşündüm ki, bu məbləği udmuşam. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, mən əslində 100 milyon qazanmışam. Düzünü desəm mən buna dərhal inanmadım", - deyə həmyerlimiz söyləyib. pizza sifarişi

Azər Musayev Soçidə inşaatçı işləyir. O, lotoreyada udduğu məbləğlə yaxınlarına maddi yardım etməyi, mənzil və maşın almağı və oğluna toy etməyi planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • yamən
    llah Allah adamısan, Allah onu sevənləri həmişə sevindirər.
    3 years ago