Belarus müharibəyə hazırlaşır.
Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunui prezident Aleksandr Lukaşenko bildirib.
"Heç kimə inanmayın, guya döyüşmək istəyirik. Amma müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş” - bunu mən fikirləşməmişəm. Çox düzgün deyilib”, - deyə Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı qeyd edib. Dominos pizza
Belarus prezidentinin sözlərinə görə, müvafiq bölmələr lazımi təlimlər keçirilir, qoşunlara müxtəlif növ silah və texnika ilə təchiz olunur.
"Əgər oradan (Qərbdən - red.) kimsə qışqırıb bizi tənqid edirsə, bilin: biz düzgün iş görürük. Əgər orada bizi tərifləməyə başlayırlarsa, bu, fəlakətdir".
Lukaşenko vurğulayıb ki, Belarus heç kimi təhdid etmir: "Bizim heç kimi təhdid etməyə ehtiyacımız yoxdur. Biz başqasının torpağını istəmirik. Allah qoysa, bunu becərək".
Telegram kanalımız