Bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko iqamətgahında – Müstəqillik Sarayında geniş mətbuat konfransı keçirir.
Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, mətbuat konfransı Belarusda kütləvi etiraz aksiyalarına çevrilən və Qərbin bu ölkəyə sanksiya təzyiqinə səbəb olan prezident seçkilərinin ildönümündə həsr olunub.
Tədbirdəki ən maraqlı məqam dövlət başçısının kiçik oğlu Nikolay Lukaşenkanın media və ictimaiyyətlə "böyük söhbət"də iştirakıdır. pizza
Nikolay Lukaşenko sonuncu sırada, kənardan oturaraq gülümsəyib.
Əvvəllər də Lukaşenko ailənin kiçik oğlunun həm onu, həm də prezidentin mətbuat katibinin işini tənqid edən "əsas müxalifətçi" olduğunu bildirib. "Ancaq onunla işləmək mənim üçün daha asandır, çünki 2 yaşından bütün işlərimi mənimsəyib və nə qədər zahirən mənə qarşı mübarizə aparsa və ya məni tənqid edən olsa da, məni başa düşür".
Telegram kanalımız