Lukaşenko İlham Əliyevin oğlundan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko İlham Əliyevin oğlundan danışdı

Siyasət

15 Aprel 2021 07:19 2738


"Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik”.

“Yeni Sabah” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Lukaşenko daha sonra fikrinə belə davam edib: Sezar pizza

- Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur.

Prezident İlham Əliyev: Bakıda ali məktəbi bitirib, orduda xidmət edib.

Prezident Aleksandr Lukaşenko: Bunu bilirik, bu, onun başucalığıdır.

Prezident İlham Əliyev: Bakıda oxuyub.

Prezident Aleksandr Lukaşenko: Bəli, Bakıda oxuyub, yaxşı ali məktəblər var, əgər Prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli, bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!