Lukaşenkonun şəxsi həkimi rüşvətə görə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenkonun şəxsi həkimi rüşvətə görə saxlanıldı

Dünya

18 Aprel 2022 18:15 1327


Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, rüşvətə görə saxlanılan həkimlər arasında onu bir neçə dəfə müayinə edən həkim də var.

Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, bu gün ölkənin səhiyyə naziri Dmitri Pineviç, baş prokuror Andrey Şved və Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel 30-dan çox məmurun, ümumilikdə 60-dan çox şəxsin saxlanıldığı tibb sahəsində korrupsiya işi ilə bağlı prezidentə məruzə ediblər.

"Prezidenti bir neçə dəfə müalicə alan həkimin də bu siyahıya düşməsi təəssüf doğurur. Bu fakt məni çox üzür, amma qanun qanundur, o hamı üçün eynidir", - deyə Belarus dövlət başçısı vurğulayıb. Dördpendirli pizza

A. Lukaşenko bildirib ki, səhiyyə nazirindən həbs olunanlarla necə davranacaqlarını soruşduqdan sonra ona istintaq təcridxanasına getməyi və həkimlərin hər biri ilə danışmağı təklif edib.

"Mən başa düşürəm ki, siz hər birini yoxlamısınız. İstərdim ki, bu gün baş prokurorun iştirakı ilə bu insanlarla nə edəcəyimizə qərar verilsin. Zaminə buraxılmaqla bağlı müraciətlərinizi bilirəm. Onları bağışlamaq yox, dövlətə dəyən külli miqdarda ziyanı ödədikdən sonra zaminə götürmək olar. Öz qərarınızla ​​onları hansısa struktura işləmək üçün göndərin. Təbii ki, ixtisaslarına görə”, - Lukaşenko davam edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!