Maaş və təqaüdlər bu qədər artacaq -    MƏLUM OLDU

saytların hazırlanması

Evə çatdırılma

Maaş və təqaüdlər bu qədər artacaq -  MƏLUM OLDU

Sosial

15 Oktyabr 2024 13:16 43489


Gələn ildən ölkədə minum əmək haqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirib. 

Son günlər ən çox müzakirə olunan məsələ maaş və sosial müavinətlərdəki artımın konkret nə qədər olacağı ilə bağlıdır. Hazırda insanlar arasında bu barədə müxtəlif fikir və ehtimallar var. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, növbəti il üçün maaş və sosial müavinətlərin artımı dəqiqdir:  pizza hut

“Azərbaycanda minimum əməkhaqqı və təqaüdlərin artırılması ilə bağlı artıq prezident də göstəriş verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bununla bağlı fəaliyyət planını hazırlayıb və noyabr ayında təqdim edəcək. Çox güman ki, 2025-ci ilin büdcəsi qəbul edilərkən, artıq bu məsələlərin də nəzərə alındığı yeni büdcənin formalaşmasını görəcəyik”. 

Ekspert qeyd edib ki, müavinət və maaşların artımı təqribən 8-10 faiz civarında olacaq: 

“Maliyyə Nazirliyinin 2025-ci il üçün elan etdiyi ümumi büdcə parametrləri var idi. Həmin o rəqəmlərə baxanda görürük ki, sosial xərclərdə müəyyən artım var. Bu isə o deməkdir ki, maaş, təqaüd və minimum əməkhaqqının artımı da nəzərə alınıb. Amma rəqəmlərin həcminə baxanda, çox güman ki, bu sahələrdə artım təqribən 10 faiz civarında olacaq. Yəni bundan daha yüksək artımın olması ehtimalı kifayət qədər aşağıdır. Ancaq 8-10 faiz civarında maaş və təqaüdlərin artımı mümkündür”. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Həzrətqulu
    Son 30 illik pensiya sisteminin təminatsızlıqı aydın göründüyü halda nədən 40-50 ilnpensiya kapitallıların əmək pensiyaları dəfələrlə artırılmır ? 373 manatla 70 yaşda yaşamaq mümkünsüzdür.
    2 years ago
  • Amin
    100 dəfə xəbərlıq edilib. Maaş qalxana kimi nələr - nələr qalxdı. Komunal, ərzaq
    2 years ago
  • VÜQAR
    10 faiz əmək haqqı,pensiyada artım olacaq,ancaq neçə aylardı ki,market dükanlarda ərzaqın və sairin qiyməti hər gün artmaqdadır.Oktyabr əmək pensiyaları,müavinətlər yenədə gecikdirilir.Xalq boğaza yığılıb artıq.
    2 years ago