Macarıstanda da meymunçiçəyi aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Macarıstanda da meymunçiçəyi aşkarlandı

Dünya

01 İyun 2022 09:26 712


Macarıstanda ilk dəfə meymunçiçəyi xəstəliyinin aşkar edildiyi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Macarıstan Səhiyyə Xidmətlərinin direktoru Sesiliya Müller açıqlamasında ölkədə ilk yoluxma halının 38 yaşlı kişidə aşkar edildiyini bildirib.

Xəstədən alınan nümunədə edilən müayinələr nəticəsində meymunçiçəyi diaqnozunun qoyulduğunu qeyd edən Müller, xəstə ilə bağlı digər araşdırmaların davam etdiyini açıqlayıb. Sezar pizza

Müller virusun insandan insana yaxın fiziki təmas, eləcə də dəsmal və qab-qacaqdan ümumi istifadə zamanı keçdiyinə diqqət çəkib.

Müller həmçinin xəstəliyin 2-4 həftə davam etdiyini, yoluxmuş insanların təcrid olunmalı olduğunu da əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!