Makron Bakıya gələcək   - Səfir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Makron Bakıya gələcək - Səfir açıqladı

Siyasət

23 İyul 2021 19:25 9300


Bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı. Lakin Fransanın Ermənistandakı səfiri Jonatan Lakotanın sözlərindən məlum olub ki, Makronun səfəri regional xarakter daşıyır. Fransa Prezidenti Yerevandan başqa Bakı və Tbilisidə də olacaq.

“Azadlıq" radiosunun erməni redaksiyasına verdiyi müsahibə zamanı səfir deyib ki, səfər çərçivəsində Makron regionun bütün liderləri ilə danışacaq. "Bizim bütün tərəflərlə danışmaq, vasitəçi rolunu təmin etmək və Ermənistanla Azərbaycan arasında siyasi prosesə təkan vermək imkanlarımız var”, - Jonatan Lakota vurğulayıb./Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!