Makron: “Fransada qadınlar pis rəftardan, təzyiq, zorakılıqdan əziyyət çəkirlər”

saytların hazırlanması

Evə çatdırılma

Makron: “Fransada qadınlar pis rəftardan, təzyiq, zorakılıqdan əziyyət çəkirlər”

Dünya

25 Noyabr 2023 20:52 844


Fransada qadınlar hər gün pis rəftardan, təzyiq və zorakılıqdan əziyyət çəkirlər. 

“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində (keçmiş tviter) yayımlanan videomüraciətində bildirib.

O, qadınlara qarşı zorakılığın kökünü kəsəcəyini vəd edib. Makron bildirib ki, Fransa hakimiyyəti qadınlara qarşı zorakılığın kökünü kəsməyi öz vəzifəsi hesab edir. Pepperoni pizza

“Biz buna son qoya bilərik, son qoymalıyıq və qoyacağıq”, - dövlət başçısı Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə müraciətində deyib.

Makron etiraf edib ki, Fransa polisi 2022-ci ildə 244 min məişət zorakılığı hadisəsi qeydə alıb ki, bu da beş il əvvəlkindən iki dəfə çoxdur.

Fransa lideri qadınlara kömək üçün görüləcək tədbirləri də sadalayıb. Onların arasında: məişət zorakılığı törədənlərin siyahıya alınacağı məlumat bazasının yaradılması və çətin həyat vəziyyətində olan qurbanlara təzminatların ödənilməsi tədbirləri var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!