Fransanın Baş naziri Elizabet Bourne istefa məktubunu prezident Emmanuel Makrona təqdim edib, lakin rədd cavabı alıb.
Yenisabah.az xəbər verir ki, bu barədə iyunun 21-də Elize sarayından məlumat verilib.
“Dövlət başçısı hökumətin öz missiyasını davam etdirməsini gözləyir. Prezident iyunun 21-də parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşlərdə konstruktiv həll yolları axtarmaq niyyətindədir, - deyə məlumatda qeyd olunur. pizza mizza
Hökumətin istefası 19 iyun parlament seçkilərinin nəticələrinə görə təqdim edilib.
Qeyd edək ki, seçkilərdən sonra Milli Assambleyada (parlamentin aşağı palatası) hakim blok mandatların əksəriyyətini itirib.
Telegram kanalımız