Makron Paşinyanla sərhəddəki vəziyyəti müzakirə etdi 

saytların hazırlanması

Evə çatdırılma

Makron Paşinyanla sərhəddəki vəziyyəti müzakirə etdi 

Siyasət

09 Sentyabr 2023 11:06 397


Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan və Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib və bütün fikir ayrılıqlarını yalnız diplomatiya yolu ilə həll etməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Frans-press” agentliyi Yelisey sarayına istinadən məlumat yayıb. 

Söhbətin “Azərbaycan-Ermənistan sərhədində və Qarabağ yaxınlığında hərbi resursların toplanması ilə bağlı həyəcanlı xəbərlər kontekstində” getdiyi qeyd edilir.  pizza sifarişi

Makron Qarabağla bağlı vəziyyətin və sərhəddəki durumun diplomatik vasitələrlə həllinə sadiqliyini təsdiqləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!