“Bizim heç birimiz Rusiya Bankı tərəfindən maliyyələşmək istəmirik. Fransanın siyasi partiyaları fəaliyyət göstərmək üçün kreditləri Rusiyaya bağlı bank vasitəsilə deyil, Fransa banklarından alır".
Yenisabah.az "France24"ə istinadla xəbər verir ki, bunu teledebatda Fransa prezidenti Emmanuel Makron deyib.
O, rəqibi Le Peni Rusiyanın müttəfiqi adlandırıb və bildirib ki, Le Pen və Moskvanın maraqları bir-birinə bağlıdır. Pepperoni pizza
Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turunda Makron səslərin 27,84 faizi, Le Pen isə 23,15 faizini toplayıb.
Hər iki siyasətçi aprelin 24-də keçiriləcək seçkilərin ikinci turunda iştirak edəcək.
Telegram kanalımız