Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Rusiyadan Ukraynada atəşkəs rejiminə riayət etmək tələb olunacaq.
Yenisabah.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
“Olimpiya Oyunları zamanı atəşkəs tələbi. Onlar (ruslar) bunu etməlidirlər. Bu, həmişə belə olub”, – Makron bildirib. Pepperoni pizza
“Tələb olunacaq. Hələlik biz bunu xahiş edəcəyik”, - Fransa prezidenti qeyd edib.
“Ev sahibi ölkənin qaydası olimpiya hərəkatı ilə addımlamaqdır. Bu sülh mesajıdır. Biz də Olimpiya Komitəsinin qərarına əməl edəcəyik”, - deyə o əlavə edib.
2024-cü il Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Telegram kanalımız