Makron Ukraynaya dair təklifi dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

Makron Ukraynaya dair təklifi dəstəklədi

Dünya

05 Mart 2024 12:13 560


Emmanuel Makron Çexiyanın Ukrayna üçün Aİ-dən kənar ölkələrdə sursat almaq təklifinə dəstəyini açıqlayacaq.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, Almaniya, Niderland və Danimarka da bu təklifi dəstəkləmək üçün Fransaya qoşulub.

Makron bu ideyanı bu gün Praqaya səfəri zamanı Çexiyanın baş naziri Petr Fiala ilə müzakirə edəcək. pizza mizza

Fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransında Çexiya prezidenti Petr Pavel əmin edib ki, Praqa bir neçə həftə ərzində Kiyevə 500 min 155 mm və 300 min 122 mm çaplı mərmi tədarük etmək imkanına malikdir. Lakin bu tədarüklər maliyyələşdirilməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!