Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları Amerika rəsmilərini qəzəbləndirib və onlar belə bir addımın Rusiya ilə toqquşmaya səbəb ola biləcəyindən ehtiyat edirlər.
Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə danışıb.
O bildirib ki, Makronun eyhamları Vladimir Putini düşünməyə vadar etmək məqsədi daşıyır, lakin NATO-nun Ukrayna ilə bağlı müzakirələri ilə tanış olan rəsmilər bu sözlərin əks effekt verə biləcəyini deyib. Pepperoni pizza
Adının çəkilməsini istəməyən digər rəsmilər qeyd ediblər ki, Makronun şərhləri də əməliyyat təhlükəsizliyi baxımından o qədər də ağıllı deyil, çünki bir neçə ölkə artıq sakitcə bəzi qoşunlarını Ukraynada yerləşdirib.
Mənbə bildirib ki, bəzi Aİ baş nazirləri Makrondan liderlik gözləyir və çoxları onun Rusiyaya qarşı sərt mövqeyini alqışlayır.
Telegram kanalımız