Malayziya hökuməti məcburi ölüm hökmünü ləğv edəcəyini açıqlayıb.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu Malayziyanın ədliyyə naziri Van Cunaidi Tuanku Cəfər deyib.
Onun sözlərinə görə, ağır cinayətlərə görə verilən məcburi ölüm hökmləri məhkəmələrin mülahizəsinə əsasən alternativ cəzalara dəyişdiriləcək: pizza
“Bu, hökumətin cinayət ədliyyə sisteminin təkmilləşdirilməsində şəffaflığını əks etdirən bütün tərəflərin hüquqlarını qorumaq və təmin etmək öhdəliyini göstərir”.
Bəyanatda qeyd olunub ki, ölüm cəzası nəzərdə tutan bir sıra cinayətlər, o cümlədən narkotiklərlə bağlı cinayətlər üzrə müvafiq qanunlara dəyişiklik edilərək, alternativ cəzalar ilə bağlı əlavə araşdırmalar aparılacaq.
Telegram kanalımız