Mariupola nəzarət niyə bu qədər vacibdir?

saytların hazırlanması

Evə çatdırılma

Mariupola nəzarət niyə bu qədər vacibdir?

Dünya

21 Aprel 2022 15:38 577


Bu gün Rusiyanın müdafiə naziri Mariupol şəhərinin "azad edildiyi" barədə Putinə hesabat verib.

Yenisabah.az xəbər verir ki, ərazicə kiçik görünsə də, bu şəhərə nəzarətin ələ keçirilməsi rus ordusu üçün çox böyük əhəmiyyətə malikdir.

Donetsk vilayətində yerləşən və 500 min sakini olan Mariupol Krım yarımadasına yolun üstündə yerləşir. Mariupolla Rusiyanın Donbas və Krımla quru dəhliz açma imkanı yaranır.   pizza sifarişi

Bu şəhəri itirməklə Ukrayna iqtisadiyyatına böyük zərbə vurulacaq, çünki şəhərdə ən böyük liman və dəmir-polad kombinatı yerləşir.

Rusiyanın Mariupolu ələ keçirməsinin hər iki tərəf üçün psixoloji əhəmiyyəti var. İlk növbədə, Rusiya tərəfi üçün bu, qələbəyə çatdığını göstərmək imkandır. Eyni zamanda, Putin Qara dəniz sahilinə nəzarətlə Novorossiya (Yeni Rusiya) ideyasının təməlini qoyur.

Ukrayna tərəfi üçün isə bu hərbi və iqtisadi cəhətdən deyil, mənəvi cəhət böyük zərbədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!