Mariupolda 22 minə yaxın insan həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Mariupolda 22 minə yaxın insan həlak oldu

Dünya

13 Aprel 2022 01:58 813


Rusiyanın hərbi əməliyyatları nəticəsində Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində 22 minə qədər dinc sakin öldürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Pavel Kirilenko CNN-ə bildirib.

Onun sözlərinə görə, şəhərdə vəziyyət ağırdır, qurbanların sayını dəqiqləşdirmək davamlı döyüşlər səbəbindən çətinləşib. Marqarita pizza

Kirilenko Mariupolda rusların kimyəvi hücumuna da münasibət bildirib.

"Biz bilirik ki, ötən gün gecəyarı pilotsuz təyyarə indiyə qədər naməlum partlayıcı qurğunu yerə atıb, Mariupol Metallurgiya Zavodunun ərazisində olan insanlar özlərini pis hiss edib", - Kirilenko deyib.

Xatırladaq ki, dünən rus işğalçılarının Mariupola naməlum zəhərli maddə atdıqları barədə məlumat yayılmışdı./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!