Market və apteklərdə qiymətlər ucuzlaşa bilər - Əhaliyə  ŞAD XƏBƏR

Market və apteklərdə qiymətlər ucuzlaşa bilər - Əhaliyə ŞAD XƏBƏR

Sosial Veb saytların hazırlanması

20 Noyabr 2023 23:57 1044


“Mərkəzi Bank tərəfindən bir sıra “interchange” tariflər üzrə yuxarı hədlərin müəyyənləşməsi sahibkarların xərclərinin azaldılması məqsədi daşıyır”.

Bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, eyni zamanda burada əsas məqsədlərdən biri də, banklar tərəfindən təklif edilən xidmətlər üzrə xərclərin azaldılması və buna uyğun olaraq əlçatanlığın genişləndirilməsindən ibarətdir.

“Ona görə də hesab edirəm ki, bu istiqamətdə tariflərin azaldılması, eyni zamanda həmin sahibkarların, ərzaq və dərman satan obyektlərin xərclərinin azalmasına gətirib çıxaracaq. Gözləntilər ondan ibarətdir ki, xərclərin azalması həmin məhsulların daha ucuz qiymətə təklif edilməsinə səbəb ola bilər”, - deyə o, qeyd edib.

Qeyd edək ki, AMB interchange tariflərinin yuxarı-orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36% azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33%, yanacaq doldurma məntəqələrində 55%, digər proqramlar üzrə isə 22% azaldılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!