Masallıda 5 kq narkotikin satışına görə 2 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Masallıda 5 kq narkotikin satışına görə 2 nəfər tutuldu

Kriminal

23 Aprel 2024 10:44 906


Masallıda narkotiklərin satışında şübhəli bilinən şəxslər saxlanılıblar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı Oruc Hacıyev saxlanılıb. Ondan satış üçün hazır bükümlərdə qablaşıdırılmış heroin aşkarlanıb.

O.Hacıyevin narkotik vasitəni həmyerlisi Amid Nəzərlidən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq A.Nəzərli də saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 5 kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb. Dördpendirli pizza

Araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!