Maştağa sakinini öldürən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Maştağa sakinini öldürən şəxs saxlanıldı

Kriminal

04 May 2024 16:38 810


Mayın 3-də axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbə sakini, 1974-cü il təvəllüdlü Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən Maştağa qəsəbəsi sakini, narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Rəşid Babayev saxlanılıb. pizza mizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!