Noyabrın 28-i saat 19 radələrində Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Yenisabah.az xəbər verir ki, araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. pizza
Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Telegram kanalımız