MDB kəşfiyyatçılarının iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

MDB kəşfiyyatçılarının iclası keçirildi

Siyasət

11 Oktyabr 2023 15:36 326


Oktyabrın 11-də Bakıda MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov və MDB ölkələrinin müvafiq orqanlarının rəhbərləri iştirak ediblər.

DTX sədri Əli Nağıyev iclasda çıxış edib. O, dünyada təhlükəsizlik və geosiyasi cəhətdən bir sıra köklü dəyişikliklərin baş verdiyini, bəzi ölkələrdə yeni münaqişə ocaqlarının yarandığını, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi hallarının artdığını və bu vəziyyətin ölkələrdə əməliyyat şəraitini xeyli mürəkkəbləşdirdiyini qeyd edib. Toyuqlu pizza

Ə. Nağıyev təcrübə və fikir mübadiləsi aparmağa, MDB dövlətlərinin mənfi təzahürlərə qarşı birgə mübarizə üsullarını və koordinasiyalı iş mexanizmini daha da təkmilləşdirməyə, gələcək fəaliyyətin konturlarını cızmağa əlavə imkanlar yaradacağına, mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksələcəyinə inandığını deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!