Prezident Vladimir Putin oktyabrın 7-də ad günündə işgüzar tədbir keçirəcək, lakin keçən il olduğu kimi, MDB-nin qeyri-rəsmi sammiti həmin günə planlaşdırılmır.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Ondan oktyabrın 7-də Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə MDB-nin qeyri-rəsmi sammitinin planlaşdırılıb-qatılmayacağı soruşulub. Marqarita pizza
“Xeyr, qeyri-rəsmi sammit nəzərdə tutulmayıb, lakin 7-də işgüzar tədbir planlaşdırılır, sizə vaxtında məlumat verəcəyik”, - deyə prezidentin mətbuat katibi bildirib.
Xatırladaq ki, MDB sammiti oktyabrın 13-ə nəzərdə tutulub.
Telegram kanalımız