Mədəniyyət naziri Gürcüstan parlamentinin sədri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət naziri Gürcüstan parlamentinin sədri ilə görüşdü

Siyasət

07 İyul 2021 18:56 805


Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib.

K.Kuçava Gürcüstanın Azərbaycanla münasibətlərə və qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Spiker Gürcüstan parlamenti və Milli Məclis arasında fəal əməkdaşlığın, beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin olduğunu bildirib. Pepperoni pizza

Tərəflər parlamentlərin mədəniyyət komitələri arasında və humanitar sahədə əməkdaşlıq, birgə mədəni tədbirlərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, deputatlar Zaur Darğallı və Savalan Mirzəyev də iştirak edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!