Medvedçukun əvəzində bütün ukraynalı əsirləri istəyir

saytların hazırlanması

Evə çatdırılma

Medvedçukun əvəzində bütün ukraynalı əsirləri istəyir

Dünya

13 Aprel 2022 11:08 671


Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində müharibənin 48-ci gününü dəyərləndirərək Rusiyanın böyük itkilər verdiyini bildirib.

Yenisabah.az xəbər verir ki, o, Rusiyanın Çeçenistanda iki il davam edən müharibədən daha çox itki ilə qarşılaşdığını açıqlayıb.

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) xüsusi əməliyyatla saxladığı deputat Viktor Medvedçuk haqqında da danışıb. Rusiyapərəst Medvedçukun əlləri qandallı şəklini paylaşan prezident Putinə mesaj göndərib: pizza mizza

"Rusiya Federasiyasına Medvedçuku əsir götürülən bütün ukraynalılarla dəyişdirməyi təklif edirəm”.

Putinin qızının xaç atası olduğu iddia edilən Medvedçuk Ukraynanın ikinci ən böyük partiyası kimi tanınan “Həyat üçün Müxalifət Platforması”nın da lideridir. Medvedçuk 2021-ci ilin mayında dövlətə xəyanətdə şübhəli bilinərək ev dustaqlığına məhkum edilib. Müharibə başlayandan sonra o, ev dustaqlığından qaçıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!