İstanbulun Esenyurt bölgəsində gecə saatlarında diqqətsiz sürücü maşınla "Boncuk" adlı sahibsiz itin üstündən keçib.
Yenisabah.az xəbər verir ki, hadisədən sonra it ağrıdan qıvrılsa da, sürücü arxasına belə baxmadan yoluna davam edib.
Toqquşmanın təsirindən avtomobilin altında qalan "Boncuk" sürücünün geriyə manevr etməsi nəticəsində yaralı halda qaçıb. Dominos pizza
Qəza anları yaxınlıqdakı binanın təhlükəsizlik kamerasında əks olunub.
İtin zingiltisini eşidən sakinlər dərhal küçəyə çıxıblar. Yaralı iti qısa müddətdə tapan vətəndaşlar onu sığınacağa aparıblar.
Hadisədən sonra "Boncuk"un qardaşı "Sarı" məhəllədə tək qalıb. Ətrafdakı heyvansevərlər bunu "Sarı"nın "qardaş"ının yoxluğuna üzülməsi ilə izah ediblər.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız