Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi 

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi 

Kriminal

14 May 2024 16:50 4512


Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. 

Yenisabah.az unikal-a istinadla xəbər verir ki, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib. 

Sonuncu dəfə Azərbaycanın Estoniyada səfiri işləmiş Anar Məhərrəmov bundan öncə də Mehriban Eyyubova tərəfindən birgə nikah dövründə alınan əmlakın bölünməsi ilə bağlı məhkəməyə verilmişdi.  Toyuqlu pizza

Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Eyyubova rəsmi olaraq 2021-ci ildə boşanıb. 

Xatırladaq ki, Mehriban Eyyubova isə Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!