Məhkəmə “Abzas Media”nın əməkdaşı barədə qərar verdi 

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə “Abzas Media”nın əməkdaşı barədə qərar verdi 

Kriminal

30 Aprel 2024 13:30 511


Məhkəmə "Abzas Media" işi üzrə həbs olunan Elnarə Qasımova barədə qərar verib. 

Yenisabah.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın keçirilən məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb. 

Xatırladaq ki, E.Qasımova bu il yanvarın 13-də saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib.  pizza mizza

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!