Məhkəmə Rüfət Səfərov barədə qərarı qüvvədə saxladı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Rüfət Səfərov barədə qərarı qüvvədə saxladı

Kriminal

11 Dekabr 2024 14:26 685


Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Binəqədi rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Rüfət Səfərov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!