Məhkəmə tanınmış vəkillə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə tanınmış vəkillə bağlı qərar verdi

Kriminal

14 Noyabr 2024 16:40 1342


Vəkil Sümbülə Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Sezar pizza

Bu il iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, Sünbülə Əliyevaya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Həbsdə olan Sümbülə Əliyeva məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!