Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi 

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi 

Kriminal

31 May 2024 14:10 944


Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatətə baxılıb. 

Yenisabah.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. 

Qərara əsasən, vəsatət təmin edilməyib.  Dominos pizza

Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!