Mehriban Əliyeva autizmli uşaqlara təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva autizmli uşaqlara təşəkkür etdi

Siyasət

27 Avqust 2021 20:46 892


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva autizmli uşaqlara təşəkkür edib.

Yenisabah.az xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı “Instagram” hesabında etdiyi paylaşımda deyilir:

“Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzindən olan əziz dostlarıma təşəkkür edirəm! Marqarita pizza

Xoş, nurlu və səmimi təbrikinizə görə çox sağ olun. Siz necə də gözəl və istedadlısınız! Sizinlə görüşlərimizi və birgə keçirdiyimiz vaxtı hər zaman xoş duyğularla xatırlayıram! Sizi möhkəm-möhkəm bağrıma basıram, hər birinizə gözəl əhval-ruhiyyə və bütün arzularınızın çin olmasını diləyirəm.

Tezliklə görüşmək ümidi ilə,

Sizin MEHRİBAN”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!